AZ

Klopp: "Mənim İngiltərədəki karyeram birdəfəlik bitdi"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp bu mövsümün sonunda klubdan ayrıldıqdan sonra artıq İngiltərə komandalarını çalışdırmayacağını vurğulayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə o, "Mirror" nəşrinə açıqlama verib:

“Ayrılmaq həqiqətən asan deyil. “Maynts”da son matç yaxınlaşanda dedim ki, Bundesliqaya düşsək, qalacam. Amma digər komanda qalib gəldi və biz bunu edə bilmədik.

İndi hər şey tamam başqadır. Hətta son matçdan əvvəl hamı bilir ki, mən gedəcəyəm. Bu, mənim karyeramda yüz faiz uzun fasilə olacaq. İngiltərədəki vaxtım mütləq başa çatdı, çünki burada başqa heç bir komandaya baş məşqçilik etməyəcəyəm. Məşqçiliyə davam etsəm, İngiltərədə olmayacaq. Belə bir şey mümkün deyil”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
offsideplus.az

1Mənbələr