AZ

Qalmaq istəyirsə, tezliklə müqaviləsini uzatmalıdır - Yoxsa satılacaq

“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix gələn mövsüm müdafiənin sağ cinahında oynayacağını bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu mövqe dəyişikliyinin onun üçün problem olmayacağını baş məşqçiyə söyləyib.

Bu arada, Kimmix “Bayern”də qalmaq istəyirsə, tezliklə müqaviləsini uzatmalıdır. Onun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Ona görə də futbolçu müqavilənin uzadılmasına razı olmasa, “Bayern” onu satacaq.

Kimmix 2015-ci ildə “Leyptsiq”dən “Bayern”ə keçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
sportinfo.az

1Mənbələr