AZ

Mahir sahələrə geri dönüb

Azərbaycan yığmasının futbolçusu Mahir Emreli uzun müddətdən sonra Xorvatiya çempionatında meydana çıxıb.

İdman.biz xəbər verir ki, onun formasını geyindiyi “Dinamo” 35-ci turda “Slaven”lə qarşılaşıb.

Oyun Mahirin komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. Emreli qarşılaşmanın 46-cı dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, Zaqreb klubu ötən turda Xorvatiya çempionu tituluna yiyələnib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
idman.biz

2Mənbələr