AZ

MBA-da daha bir yarımfinalçı məlum oldu

“Dallas Maveriks” komandası dünən keçirilən oyunda “Oklahoma Siti Tanders”ə qalib gəlməklə yarımfinala adlayıb. Gərgin keçən qarşılaşma 117:116 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Görüşün qəhrəmanı Luka Donçiç olub. Sloveniyalı basketbolçu 29 xaldan əlavə 10 ribaund və 10 asistlə yadda qalıb. Bununla da o, MBA tarixində pley-ofda ardıcıl 3 tripl-dabl edən 5-ci basketbolçu olub. Qonaq komandada Şey Giljs Aleksandr 33 xal toplayıb.

Dallas komandasının rəqibi “Denver Naggets” – “Minnesota Timbervulvs” seriyasında bilinəcək. Orada qalib Denverdə keçiriləcək 7-ci oyunda müəyyənləşəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
futbolinfo.az

1Mənbələr