AZ

“Sportinq” Portuqaliya Premyer Liqasında yeni rekordlara imza atdı

Lissabon “Sportinq”i tarixində ilk dəfə yarış cədvəlində 90 xalla 1-ci yeri tutub və 20-ci dəfə Portuqaliya çempionluğunu təmin edib.

Arena.az “Cabine Desportiva” nəşrinə istinadən məlumat verir ki, “şirlər” cari mövsüm Portuqaliya Premyer Liqasında daha bir neçə klub rekorduna imza atıblar.

“Sportinq”in 90 xalı Lissabon təmsilçisinin klub rekordudur. Portuqaliya çempionatları tarixində ən yaxşı nəticə isə “Portu”nun 2021/2022-ci illər mövsümündə topladığı 91 xaldır.
Vurğulayaq ki, Ruben Amorimin “Sportinq”i Premyer Liqanın 34 oyunundan 29-da qələbə qazaıb ki, bu da klub rekordu olaraq əlamətdardır.

“Şirlər” Premyer Liqa mövsümünü 96 qol vuraraq bitiriblər. Bu nəticə isə “Sportinq”in 1974/1974-cü illər mövsümündə nail olduğu müvafiq nəticənin təkrarlanması deməkdir.

Həmçinin “Sportinq” cari mövsümdə mili birincilik çərçivəsində evdə, Lissabonun “Joze Alvalade” stadionunda qəbul etdiyi bütün rəqibləri üzərində qələbə qazanıb. “Şirlər”in bu uğuru isə 2003/2004-cü illər mövsümündə Joze Mourinyonun “Portu”sunun müvafiq nailləyətini təkrarlaması ilə əlamətdardır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
arena.az

1Mənbələr