AZ

Gürcü futbolçu İngiltərə Premyer Liqasına yollana bilər

“Valensiya” və Gürcüstan millisinin qapıçısı Georgi Mamardaşvili karyerasını İngiltərədə davam etdirə bilər. Msport.az xəbər verir ki, 23 yaşlı qolkiperlə “Nyukasl” maraqlanır.

Premyer Liqa təmsilçisi əlcək sahibinə görə 35 milyon avro xərcləməyə hazırdır. Mamardaşviliyə 4 illik müqavilə və əmək haqqının artırılmasını təklif edirlər.

Qeyd edək ki, gürcü futtvolçu “Valensiya”ya Tbilisi “Dinamo”sundan 850 min avroya transfer olunmuşdu. O, bu mövsüm bütün turnirlərdə 35 oyunda meydana çıxıb.

Qolkiperin İspaniya klubu ilə müqaviləsi 2027-ci ilə kimidir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
msport.az

1Mənbələr