AZ

Ülkər Kərimova: “Komandamız bunu bacara biləcək gücdədir”

“Qızıl Avropa Liqasına uğurlu start verdik və ilk oyunda qələbə qazandıq”.

Apasport.az xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ülkər Kərimova deyib.

Təcrübəli voleybolçu Qızıl Avropa Liqasında komandanın keçirdiyi ilk oyunu şərh edib: “Yarışa hazırlıq üçün az vaxtımız var idi. Buna baxmayaraq yaxşı hazırlaşmaq üçün əlimizdən gələni etdik. Faiq müəllimin tapşırıqlarını düzgün yerinə yetirdik və Xorvatiyanı quru hesabla məğlub etdik. Lakin ikinci oyunda Slovakiyaya uduzduq. Düşünürəm ki, həm ilk qarşılaşmadan sonrakı yorğunluq sözünü dedi, həm də bizim öz səhvlərimiz istədiyimiz oyunu göstərməyə imkan vermədi. Rəqibə qarşı lazımi səviyyədə mübarizə apara bilmədik. Qarşıda daha dörd oyunumuz olacaq. Bizim həm Rumıniyada, həm də Bakıda doğma meydanda oyunlarımız olacaq. Bu qarşılaşmalarda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Komandamız bunu bacara biləcək gücdədir. İnanıram ki, sonrakı oyunlarda baş məşqçinin tapşırıqlarını yerinə yetirəcək və qələbələr qazanıb final mərhələsinə yüksələcəyik”.

Qeyd edək ki, millimiz liqanın ilk 2 oyununda Xorvatiyaya qalib gəlib (3:0), Slovakiyaya isə uduzub (1:3). Komandamız növbəti oyunun ayın 24-də Rumıniyaya qarşı keçirəcək.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
1
apasport.az

3Mənbələr