AZ

Bu gün İran-Azərbaycan əlaqələri tarixində unudulmaz gün kimi yadda qalacaq – İranlı nazir

Bakı. Trend:

Bu gün İran və Azərbaycan əlaqələri tarixində unudulmaz gün kimiyadda qalacaq.

Trend-in məlumatına görə, bunu İranın energetika naziri ƏliƏkbər Mehrabian bu gün (19 may) “Xudafərin” hidroqovşağınınistismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışmərasimində deyib.

Onun sözlərinə görə, İran və Azərbaycan Araz çayı boyunca 420 kmuzunluğunda müştərək mənafeyə sahibdir. Bu çay ötən 50 il ərzindəiqtisadi, sosial və mədəni infrastrukturların inkişafı amili olubvə iki ölkənin əməkdaşlıq və dostluq simvolu hesab olunur.

“İki ölkə arasında müştərək tikililər 1 milyard dollardan çoxinvestisiya ilə ticarət və başqa regional əməkdaşlığın artması üçünimkanlar yaradıb. “Qız Qalası” hidroqovşağı Araz su bəndindən 208km və “Xudafərin” hidroqovaşğındn 12 km aralıda Araz çayı üzərindəiki ölkənin suyun tənzimlənməsi və elektrik istehsalı üçüntənzimlənib”, - deyə o bildirib.

İranlı nazir deyib ki, “Qız Qalası” hidroqovşağı daşqınlarınidarə olunması, quraqlıq şəraitində suyun tənzimlənməsi, ikitərəfliöhdəliklərə uyğun sərhəd sularının bölünməsi, kənd təsərrüfatınıninkişaf etdirilməsi, ənənəvi kənd təsərrüfatının müasir kəndtəsərrüfatına çevrilməsi, çoxsaylı təbii və tarixi cazibəliklərinəzərə alaraq turizmin inkişaf etdirilməsi və ildə 540 gigavatelektrik enerjisinin istehsal olunması kimi məqsədləri daşıyır.

Mehrabian qeyd edib ki, 600 milyon dollar dəyərində vəsaitinxərclənməsi ilə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarınıntəkmilləşdirilməsi ilə Araz çayı üzərində tikilən su bəndləri vədrenaj şəbəkələri istifadəyə veriləcək.

İranlı nazir “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının sudiplomatiyası və iki ölkənin həmrəyliyinin möhkəmlənməsi amiliadlandırıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
2
az.trend.az

3Mənbələr