AZ

Türkiyə klubu Qubaya gəldi, millimizlə birlikdə toplanışa başladı - FOTOLAR

Azərbaycanın futbol üzrə amputant millisi Türkiyənin "ODTÜ Amputant" klubu ilə birlikdə Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb.

Sportinfo.az xəbər verir ki, toplanış mayın 25-dək davam edəcək.

Toplanışa Azərbaycan amputant millisinin 23 nəfərdən ibarət oyunçu və məşqçi heyəti ilə yanaşı, Türkiyə klubunun 9 futbolçusu qatılıb.

Azərbaycan amputant millsi iyunun 1-dən 8-dək Fransanın Evian şəhərində təşkil olunacaq Avropa çempionatının final mərhələsində iştirak edəcək.

16 komandanın mübarizə aparacağı yarışda dünya çempionu Türkiyə ilə yanaşı, İngiltərə, Fransa, İspaniya, İtaliya, Almaniya və Polşa kimi güclü komandalar iştirak edəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
sportinfo.az

1Mənbələr