AZ

Rafinya Xavinin qardaşı ilə münaqişə yaşadı

La Liqanın 33-cü turunda “Valensiya” ilə ev oyunu “Barselona”nın sağ vingeri Rafinya üçün xoşagəlməz hadisə ilə əlamətdar olub.

Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.

“Barselona”nın 4:2 hesabı ilə qələbə qazandığı oyunda braziliyalı futbolçu 66-cı dəqiqədə portuqal sol vinger Joao Felikslə əvəzlənib və bundan narazı qalıb. Əvəzetmə icra edildikdən sonra o, komandanın baş məşqçisi, ispan mütəxəssis Xavinin qardaşı Oskar Ernandeslə mübahisə edib.

Mənbənin məlumatına görə, Rafinya paltardəyişmə otağında da Oskarı təhqir etməyə davam edib. Bundan sonra ona növbəti oyunda əsas heyətdə meydana çıxmayacağını başa salıblar və bu ifadəni deyiblər: “Sakit ol, indi sən oynamayacaqsan”.

Vurğulayaq ki, Xavinin özü də mövsüm boyu Rafinyanın xidmətndən istifadə zamanı qeyri-müəyyən davranıb. Braziliyalı vingerin bu xüsusda narazılığını açıq şəkildə bildirdiyi məqam da olub.

Xatırladaq ki, daha əvvəl mətbuatda, “Barselona”nın yayda Rafinyanı satmaq niyyətində olduğu barədə məlumatlar yayılmışdı.

Rafinya Braziliyanın “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyulunda “Barselona” Rafinyanı 58 milyon avro müqabilində heyətinə tarnsfer edib. Braziliyalı vingerin Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsemdə Rafinya “blauqrana”nın heyətində bütün yarışlarda 36 oyuna çıxıb, 10 qol vurub, 12 məhsuldar ötürmə verib.

Braziliyalı vinger “blauqrana” ilə 2022/2023-cü illər mövsümünün İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun qalibi olub.

Rafinya 2021-ci ilin oktyabrında debüt etdiyi Braziliya millisinin heyətində 22 oyuna çıxıb, 6 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı braziliyalı vingerin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
arena.az

1Mənbələr