AZ

Taksi sürücüsü belə gündəm oldu: AYNA əməkdaşını ŞOKA saldı – VİDEO

Sosial şəbəkələrdə yayılan taksi sürücüsünün görüntüləri virala çevrilib.

Medianews.az tempinfo.az-a istinadən xəbər verir ki, onun reyd zamanı təqdim etdiyi sənədlər müzakirə mövzularından biri olub.

Belə ki, yoxlanış zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) əməkdaşları sürücüyə yaxınlaşıb. O isə sükan arxasından lazım olan bütün sənədləri bir-bir təqdim edib.

Yaşanan mənzərə gündəm mövzularından birinə çevrilib. Sürücünün 10-a yaxın sənəd təqdim etməsi sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.

Qeyd edək ki, son günlər taksi şirkətlərinin fəaliyyəti ilə bağlı məsələlər, onların qiymətinin artacağı və hansı maşınlardan istifadə olunacağı aktual mövzulardandır.

Xatırladaq ki, qanunsuz sərnişindaşıma ilə bağlı keçirilən reyddə tələblərə cavab verməyən sürücülər cərimələnib.

Həmin videonu təqdim edirik:

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
4
medianews.az

5Mənbələr