AZ

KİV: Qəzzada atəşkəslə bağlı danışıqlar dayandırılıb

İsrail və Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəslə bağlı danışıqlar dayandırılıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə İsrailin “Kan” telekanalı məlumat yayıb.

Tərəflər girovların azad edilməsi şərtləri və “müharibənin sonu” anlayışının tərifi ilə bağlı razılığa gələ bilməyiblər.

Danışıqlarda iştirak edən Misir və Qətər, hərbi əməliyyatların dayandırılması üçün israilli girovların dəyişdirilməsində israrlıdır.

Eyni zamanda, tərəflərin “müharibənin sonu” anlayışının tərifi ilə bağlı müxtəlif mövqeləri var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
1
nocomment.az

2Mənbələr