AZ

Selektiv abortlara şərait yaradılır? - Ekspertlərdən AÇIQLAMA

Sosial şəbəkələrdə və apteklərdə hamiləlik zamanı dölün cinsiyyətini müəyyən edən gender testləri satılır.

Satıcıların sözlərinə görə, bu testlər hamiləliyin ilk günlərində dölün cinsiyyətini müəyyən etməyə imkan verir Mütəxəssislərin fikrincə, gender testlərinin tətbiqi selektiv abortların artması ilə nəticələnə bilər.

Bəs gender testlərinin satışı qanunidirmi və onların keyfiyyəti yoxlanılırmı?

Analitik Ekspertiza Mərkəzinin eksperti Nurlanə Nuriyeva bildirib ki, gender testləri tibb vasitələri kateqoriyasına aid olduğundan onların ölkəyə idxalına Səhiyyə Nazirliyi tərəfindən icazə verilir:

"Bu o deməkdir ki, mövcud qanunvericiliyə əsasən, rəsmi icazə alındıqdan sonra onların satışına heç bir məhdudiyyət qoyulmur. Analitik Ekspertiza Mərkəzi rəsmi idxal edilən tibb vasitələrinin keyfiyyətinə zəmanət verir. Sosial şəbəkələr vasitəsilə mənşəyi qeyri-müəyyən olan tibbi vasitələrin keyfiyyətinə cavabdehlik daşımırıq".

Son illər abortların sayının artmasını nəzərə alsaq, gender testlərinin selektiv abort problemini daha da qabartdığını görərik. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə ötən il 73 816 abort qeydə alınıb. Qeyri-rəsmi statistikaya görə isə bunların çoxunu selektiv abortlar təşkil edir.

Daha ətraflı Baku TV-nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
6
baku.ws

7Mənbələr