AZ

“Yuventus” Paolo Monteroya həvalə olundu

Massimiliano Alleqrini istefaya göndərən “Yuventus”da əsas komandaya müvəqqəti rəhbərlik edəcək baş məşqçi müəyyənləşib.

Arena.az bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Turin təmsilçisini A Seriyasının 2023/2024 mövsümünün son iki oyununa U-19-un baş məşqçisi Paolo Montero çıxaracaq. Uruqvaylı mütəxəssis mayın 17-də istefaya göndərilmiş Alleqrini əvəzləyib.

Qeyd edək ki, 2024/2025 mövsümündən etibarən “ağ-qaralar”ı “Bolonya”nın hazırkı baş məqşçisi Tyaqo Mottanın çalışdıracağı gözlənilir.

Turin təmsilçisi İtaliya A Seriyasının 2023/2024 mövsümündə keçirdiyi 36 oyunda 67 xal toplayıb və 4-cü pillədə qərarlaşıb. Bu komandanı son iki turda “Bolonya” ilə səfər, “Montsa” ilə ev oyunları gözləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
arena.az

1Mənbələr