AZ

“Yuventus”un müvəqqəti baş məşqçisi bəlli olub

İtaliyanın "Yuventus" klubu komandaya müvəqqəti rəhbərlik edəcək baş məşqçinin adını açıqlayıb.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Turin təmsilçisini A Seriyasında son üç oyuna U-19-un baş məşqçisi Paolo Montero çıxaracaq.

Uruqvaylı mütəxəssis mayın 17-də istefaya göndərilən Massimiliano Alleqrini əvəzləyib.

2024/2025 mövsümündən etibarən "ağ-qaralar"ı "Bolonya"nın hazırkı baş məqşçisi Tyaqo Mottanın çalışdıracağı gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
8
rekord.az

9Mənbələr