AZ

Bakıda sərnişin avtobusları toqquşdu - Yaralılar var

Bakının Yasamal rayonunda iki sərnişin avtobusu toqquşub.

 

Sfera.az apa-ya istinadən xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.

 

"Xaliq Faiqoğlu" MMC-yə məxsus sərnişin avtobusu metronun 20 yanvar stansiyası istiqamətində hərəkətdə olarkən eyni istiqamətə gedən 194 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.

 

Hadisə yerinə 3 Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin (TTTYX) avtomobili və canlı briqadası cəlb edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
43
sfera.az

10Mənbələr