AZ

Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir

Latviya

Şuşa, 19 may, Tahir Ağaməmmədov, AZƏRTAC

“İlk olaraq demək istəyirəm ki, bu region çox gözəldir. Bu ərazilər həqiqətən də möhtəşəmdir. Axır ki, Qarabağda sülh bərqərar oldu. Azərbaycan hökuməti bu regionda bir çox quruculuq işləri görür. Qarabağa çoxlu vəsait yatırılıb. Biz öz gözlərimizlə bunun şahidi olduq. Burada yeni infrastruktur qurulub, yeni yollar salınıb, hətta yeni hava limanının (Füzuli Beynəlxalq Hava Limanı nəzərdə tutulur – red.) da tikintisi tamamlanıb. Bütün bunlar çox qısa zamanda yerinə yetirilib”.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Şuşada səfərdə olan Latviya Parlamentinin sədri Daiga Mierina bildirib.

Daiga Mierina deyib ki, bütün bunlara şahidlik etmək çox sevindiricidir.

“Düşünürəm ki, bizim iş adamlarımız da buradakı quruculuq və bərpa işlərinə qoşula bilər. Bütün bunlar üçün təbii ki, danışıqlar aparmaq lazımdır. Burada bir çox fürsət var və bizim bu sahədə əməkdaşlığımız üçün böyük potensialı mövcuddur. Bizim ölkələrimiz arasında yüksək texnologiya sahəsində də əməkdaşlıq üçün böyük potensial var”, - deyə Latviya Parlamentinin sədri bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
1
azertag.az

10Mənbələr