AZ

İran Prezidenti İbrahim Rəisini aparan helikopter qəzaya uğradı

İranın Şərqi Azərbaycan vilayətində Prezident İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb.

Məlumata görə, hava karvanında üç helikopter olub, nazirlər və rəsmilərin olduğu iki helikopter sağ-salamat təyinat yerinə çatıb.

Bildirilib ki, prezidenti aparan helikopterdə Təbrizin cümə imamı Ayətullah əl-Haşem və xarici işlər naziri Əmir Abdullahian da olub.

Prezidenti aparan helikopteri tapmaq üçün axtarış-xilasetmə işləri aparılır.

Mənbə: Tasnim

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
dogru.az

2Mənbələr