AZ

“Qəbələ” “Araz-Naxçıvan”a da qalib gəldi

Bu gün Misli Premyer Liqasında 35-ci tura yekun vurulub.

Rekord.az xəbər verir ki, son gündə bir oyun baş tutub.

Turun son oyununda autsayder “Qəbələ” doğma meydanda “Araz-Naxçıvan”la üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin inamlı qələbəsiylə başa çatıb.

Daha öncə “Qarabağ” “Turan Tovuz”a 4:3, “Sabah” isə “Sumqayıt”a 2:0 hesabıyla qalib gəlib. “Səbail” evdə “Neftçi”yə 0:3, “Kəpəz” “Zirə”yə 0:1 hesabıyla uduzub.

Misli Premyer Liqası
35-ci tur

19 may

“Qəbələ”– “Araz-Naxçıvan” 2:0
Qollar: Osama Xalayla, 50. Əyyub Allaş, 87.
Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Əkbər Əhmədov
Qəbələ şəhər stadionu, 16:00.

Qəbələ: 1. Rəşad Əzizli, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 7. Emil Səfərov, 25. İbrahim Ramazanov, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 71. Sənan Ağalarov, 97. Emil Süleymanov, 30. Şahin Şahniyarov, 77. Okan Təhməzli, 20. Bilel Auaşeriya, 17. Yaovi Akakpo.
Baş məşqçi: Kaxaber Sxadadze.
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev (k), 10. Orxan Əliyev, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 11. Ramin Nəsirli, 29. Vanderson Melo, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 8. İsmail Azzaui.
Ehtiyat oyunçular: 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike.
Baş məşqçi: Elmar Baxşıyev.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
173
2
rekord.az

10Mənbələr