AZ

Salyan RMX-da tibbi tulantıların idarə olunması ilə bağlı təlim keçirilib

Salyan Mərkəzi Rayon Xəstəxanasında tibbi tulantıların idarə olunması ilə bağlı təlim keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, tibb işçilərinin iştirak etdikləri təlimdə müxtəlif kateqoriyalı tullantıların idarə edilməsi prosesi, müvəqqəti saxlanma, daşınma və zərərsizləşdirmə, eləcə də təkrar emal haqqında məlumat verilib.

 

Bildirilib ki, belə təlimlər tibb işçilərinə tullantıların kateqoriyalarını müəyən etməkdə biliklərini təkmilləşdirməyə, ətraf mühitə mənfi təsirləri minimuma endirməkdə bilavasitə kömək edir.

 

Sonda təlimçilər iştirakçıları maraqlandıran sualları cavablandırmışlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
aztibb.az

1Mənbələr