AZ

İran prezidentini aparan helikopter haqda dəqiq məlumat yoxdur – İranlı rəsmi

Hazırda İran prezidenti İbrahim Rəisini aparan helikopter haqda dəqiq məlumat yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Xilasetmə və Yardım Təşkilatının sədri Babək Mahmudi deyib.

Onun sözlərinə görə, axtarış əməliyyatı davam etdirilir. Hadisənin baş verdiyi ərazinin Kəleybər və Vərzəqan rayonları arasında olduğu bildirilir. Bununla bağlı havaya Pilotsuz Uçan Aparatlar qaldırılıb. Lakin havanın dumanlı olması, axtarış əməliyyatını çətinləşdirib.

Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilir. Hələlik xilasedicilər hadisə yerinə çata bilməyiblər.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
1
teleqraf.com

2Mənbələr