AZ

İran prezidentini aparan helikopterin sərt eniş etdiyi ərazi müəyyən olunub

Bakı. Trend:

Bu gün İran prezidenti İbrahim Rəisini Xudafərindən Təbrizəaparan helikopterin sərt eniş etdiyi ərazi Ərəsbaranmeşəliyindədir.

Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, Ərəsbaran meşəliyi Şərqi Azərbaycan vilayətindəKəleybər, Siyərud və Əhər rayonları arasında yerləşir.
Hadisənin baş verdiyi ərazi keçilməz ərazidir. Bu məsələ axtarışəməliyyat qüvvələrinin əraziyə getmələrinə çətinlik yaradıb.

Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlərnaziri Hüseyn Əmir Abdullahian İranın Ali Liderinin Təbriz üzrənümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətininvalisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterinsərt eniş etdiyi bildirilir. Hələlik xilasedicilər hadisə yerinəçata bilməyiblər.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
3
az.trend.az

4Mənbələr