AZ

“İnanıram ki, “Qəbələ” Premyer Liqaya qayıdacaq” – Elmar Baxşıyev

“Ən zəif oyunlarımızdan biri idi. Komandada qalsam, bəzi futbolçularla davam edəcəyik, bəziləri ilə yollarımızı ayıracağıq. “Qəbələ”ni təbrik edirəm. Burada olmaq xoş idi. İnanıram ki, onlar yenidən Premyer Liqaya qayıdacaq. Bir oyunumuz qalıb. Bundan sonra rəhbərliklə, komanda ilə gələcək planları müzakirə edəcəyik”

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Araz Naxçıvan”ın baş məşqşisi Elmar Baxşıyev “Qəbələ” məğlubiyyəti (0:2) sonrası deyib. O, daha sonra belə davam edib:

“Özümü Qəbələdə rəqib, qonaq kimi hiss etmədim. Mən məşqçi kimi burada formalaşmışam. “Qəbələ” Azərbaycan futbolu üçün dəyərlidir. Klubun yaxşı prezidenti var, futbolu sevir. İnanıram ki, “Qəbələ” yenə əvvəlki ad-sanını bərpa edəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
50
idmanxeber.az

10Mənbələr