AZ

İranda helikopter qəzası - Rəisinin həyatı "risk altında"

İran Prezidentin İbrahim Rəisi və xarici işlər nazirini daşıyan helikopter bazar günü Azərbaycanla sərhədə səfərdən qayıdıb qatı duman içində dağlıq ərazini keçərkən qəzaya uğrayıb..

 

Modern.az xəbər verir ki, bu barədə İran rəsmisi Reuters agentliyinə bildirib

 

Rəsmi şəxs bildirib ki, Rəisi və xarici işlər naziri Hüseyn Əmirabdollahyanın həyatı "helikopter qəzasından sonra risk altındadır".

 

"Biz hələ də ümidliyik, lakin qəza yerindən gələn məlumatlar çox narahatlıq doğurur", - deyə İran rəsmisi bildirib.

 

Qeyd edək ki, göyərtəsində İran prezidenti İbrahim Rəisinin olduğu Mi-171 helikopteri qəza enişi edib. Onun vəziyyəti barədə məlumat verilməyib.

 

İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri bildirib ki, axtarış-xilasetmə qruplarından helikopterin sərt eniş yerinə yaxınlaşıb.

 

Qeyd edək ki, İran mətbuatı Rəisinin sağ olması barədə xəbər yaysa da, sonradan sözügedən xəbər silinib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
50
modern.az

10Mənbələr