AZ

Latviya Parlamenti sədrinin başçılıq etdiyi nümayəndə heyəti Füzuli və Şuşa şəhərlərində olub (FOTO)

Bakı. Trend:

Latviya Respublikası Parlamentinin sədri Daiga Mierinanınbaşçılıq etdiyi nümayəndə heyəti mayın 19-da Füzuli və Şuşaşəhərlərində olub.

Trend xəbər verir ki, əvvəlcə Füzuli rayonuna gələn nümayəndəheyəti burada 44 günlük Vətən müharibəsinin ilk şəhidlərininxatirəsinə ucaldılmış abidə, Merdinli kənd məscidi və FüzuliBeynəlxalq Hava Limanı ilə tanış olublar. Sonra Füzuli şəhərinəgələn qonaqlara Ermənistanın işğal dövründə Füzulidə törətdiyidağıntılar, vandalizm aktları, işğaldan azad olunandan sonra isəşəhərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləribarədə məlumat verilib. Bildirilib ki, Füzuli şəhərində ilk yaşayışməhəlləsinin inşası yekunlaşıb və keçmiş məcburi köçkünlərin doğmayurda qayıdışı başlayıb. Səfər iştirakçıları Füzulidə yeni tikilmişMirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəblə tanış olandan sonraŞuşaya yola düşüblər.

Nümayəndə heyətinin Şuşaya səfəri Azərbaycanın tanınmışşəxsiyyətləri olan Natəvanın, Bülbülün və Üzeyir Hacıbəyliningüllələnmiş heykəllərinin yerləşdiyi şəhər mərkəzi meydanı ilətanışlıqdan başlayıb.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusinümayəndəsi Aydın Kərimov Latviya nümayəndə heyətinə Şuşa şəhərintarixi, işğal dövründəki vəziyyəti və burada aparılan quruculuqişləri barədə məlumat verib.

Nümayəndə heyəti sonra Yuxarı Gövhərağa məscidi, Bülbülünev-muzeyi, qala divarları, Azərbaycan Milli Xalça Muzeyinin Şuşafilialı ilə tanış olublar. Sonda Cıdır düzünə gələn qonaqlar oradanaçılan gözəl mənzərəni seyr ediblər.

Səfərdə qonaqları Milli Məclisin sədr müavini Adil Əliyev,parlamentin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçiqrupunun rəhbəri Kamran Bayramov, deputat Könül Nurullayeva,Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov və digər rəsmişəxslər müşayiət ediblər.

Latviya
Latviya
Latviya
Latviya
Latviya
Latviya
Latviya
Latviya
Latviya
Latviya
Latviya
Latviya
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
5
az.trend.az

5Mənbələr