AZ

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi ikinci dəfə məğlub olub

Qızıl

Bakı, 19 may, AZƏRTAC

Azərbaycanın kişi voleybol millisi Qızıl Avropa Liqasında ikinci oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv Bakıda Ukrayna seçməsini qəbul edib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində oynanılan görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisi mayın 17-dəki ilk görüşündə eyni məkanda Rumıniya yığmasına 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, mayın 24-dən 26-dək Belçikada keçiriləcək ikinci turda isə milli komandamız meydan sahibi ilə yanaşı, Şimali Makedoniya yığması ilə üz-üzə gələcək. Üçüncü tur 31 may-2 iyunda Estoniyada reallaşacaq. Burada rəqiblər ev sahibi komanda və Lüksemburq yığması olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
4
azertag.az

6Mənbələr