AZ

Konqoda üsyançıların lideri öldürüldü

Konqo Demokratik Respublikasında (KDR) çevrilişə cəhd edən üsyançıların lideri öldürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Actu30" məlumat yayıb.

“Mayın 19-da Millət Sarayına basqın edən hücumçuların lideri Kristian Malanqa ordu tərəfindən öldürülüb”, - deyə nəşr bildirib.

Nəşrin məlumatına görə, üsyançılar Zair Respublikasının (1971-1997-ci illərdə KDR belə adlanırdı) bayraqlarını tutub və özlərini diaspor nümayəndələri kimi təqdim ediblər.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
7
teleqraf.com

8Mənbələr