AZ

Bazar ertəsi Ukraynada işıqların saatlıq kəsilməsi tətbiq olunacaq

Ukraynanın Milli Enerji Şirkəti “Ukrenerqo” mayın 20-dən etibarən ölkə ərazisində elektrik enerjisinin saatlıq kəsilməsini elan edib.

SİArus saytlarına istinadən xəbər verir ki, bu barədə Ukraynanın Milli Enerji Şirkəti öz Telegram kanalında məlumat yayıb.

...Sabah, mayın 20-də saat 18:00-dan 24:00-dək Ukraynanın bütün bölgələrində sənaye və məişət istehlakçılarına saatlıq dayandırma cədvəlləri tətbiq olunacaq. Kritik infrastruktur obyektlərinin enerji təchizatı məhdud deyil.

Bu “Ukrenerqo”nun bəyanatında deyilir.

Bundan əvvəl bütün Ukraynada sənaye istehlakçıları üçün elektrik enerjisi istehlakına məhdudiyyətlərin tətbiqi barədə məlumat yayılmışdı.

“Ukrenerqo”nun rəhbəri Vladimir Kudritskinin aydınlıq gətirdiyi kimi, ölkənin elektrik sistemində hətta Avropadan idxal hesabına da örtülə bilməyən kəsir yaranıb.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
sia.az

1Mənbələr