AZ

Derbidən əvvəl ara qarışdı - Şəkillər

style='margin-bottom:10px;'>

Türkiyə Superliqasın 37-ci turunda keçirilən "Qalatasaray" - "Fənərbaxça" matçından əvvəl futbolçular arasında dava düşüb.

QOL.az xəbər verir ki, oyundan əvvəl isinmə hərəkətləri zamanı "Fənərbaxça"nın futbolçusu Mert Hakan Yandaş klubun loqosunu "Qalatasaray"ln azarkeşlərinə göstərib.

Bundan sonra "Qalatasaray"ın futbolçuları Abdülkerim Bardakcı, Kaan Ayhan və Kerem Aktürkoğlu Mert Hakan Yandaşa hücum edib. Mübahisə böyüyüb və təhlükəsizlik qüvvələri meydana daxil olaraq aranı sakitləşdirib.

Xatırladaq ki, bugünkü oyun çempionluq baxımından əhəmiyyətlidir. "Qalatasaray" uduzmayacağı halda çempionluğu rəsmiləşdirəcək. "Fənərbaxça" isə bu gün və son turdakı görüşdə qalib gəlməli, "Qalatasaray"ın məğlub olmağını gözləməlidir. 








SəhifəninYuxarı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
teleqraf.com

1Mənbələr