AZ

İran Prezidenti barədə SON XƏBƏR – 4 xilasedici qrup

Ən azı dörd xilasetmə qrupu İran prezidenti İbrahim Rəisini daşıyan helikopterin sərt eniş etdiyi ehtimal edilən yerə yaxınlaşıb.

Herbiabnd.az xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin operativ qərargahının rəhbəri Raziyə Əlişundi məlumat verib.

"Dörd qrup artıq hadisə yeri hesab edilən koordinatlara yaxınlaşıb", - Əlişundi IRIB telekanalında qeyd edib. Onun sözlərinə görə, axtarış işlərinə ümumilikdə 46 əməliyyat qrupu və xilasedici itlər cəlb olunub. İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kolivənd də hadisənin baş verdiyi iddia edilən yerə gedib.

İranın “Mehr” agentliyinin qeyd etdiyi kimi, hadisə yerinə gələn xilasedicilər tərəfindən ölən və yaralananlar barədə hələlik məlumat yoxdur. Mehr-in məlumatına görə, “prezident helikopterinin qəzaya uğramasının səbəbi pis hava şəraiti ola bilərdi”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
45
herbiand.az

10Mənbələr