AZ

İranlı ekspertin partlayış ehtimalı: Mümkündür ki, içəridə bomba partlayıb

Yüksək rütbəli məmurlar üçün istifadə olunan vertolyotlar qəzaya uğradıqları təqdirdə onların dəqiq yerini bilmək mümkündür.

Ölkə.az xəbər verir ki, bunu İranın Müdafiə və təhlükəsizlik üzrə analitik Fərzin Nədimi İran İnternational-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, əgər partlayış fövqəladə sistem də daxil olmaqla bütün bort sistemlərini sıradan çıxarmazsa, yeri müəyyən etmək olar.

“Mümkündür ki, içəridə bomba partlayıb və ya pilot səhvi və zəif görmə səbəbindən helikopter qaya və ya təpə ilə toqquşub. Bu onun qəzaya uğramasına səbəb ola bilər”.

Təbriz hava limanında qəzaya uğrayan prezident Rəisi ilə helikopter axtarışı üçün toplantı keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
olke.az

1Mənbələr