AZ

Ərdoğandan Rəisi açıqlaması: "Ən qısa zamanda..."

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranda baş verən helikopter qəzasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Türkiyə lideri olayla bağlı xoş xəbər gözlədiklərini bildirib. "İran prezidenti, qardaşım İbrahim Rəisi və rəhbərlik etdiyi nümayəndə heyətinin helikopter qəzası keçirməsi bizi dərindən kədərləndirdi. Türkiyə Cümhuriyyəti olaraq hadisəni yaxından, İran hakimiyyəti ilə tam təmasda və koordinasiyada izlədiyimizi və lazım olan hər cür dəstəyi verməyə hazır olduğumuzu bildirmək istərdim. Qonşumuz, dostumuz və qardaşımız olan İran xalqı və hökumətinə millətim adından ən xoş arzularımı çatdırır və ən qısa zamanda cənab prezident və nümayəndə heyətindən xoş xəbər alacağıma ümid edirəm", - Ərdoğan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
31
teleqraf.com

10Mənbələr