AZ

“Qalatasaray” derbidə “Fənərbaxça”ya uduzub

Türkiyə Superliqasında 37-ci tura yekun vurulub.

İdman.biz xəbər verir ki, son oyunda İstanbul derbisi keçirilib.

“Qalatasaray” öz meydanında “Fənərbaxça”nı qəbul edib. Növbəti çempionluğu qazanmaq üçün bu görüşdə Okan Burukun komandasına 1 xal kifayət edib. 21-ci dəqiqədə azlıqda qalan qonaqlar vacib qələbə əldə ediblər. Çağlar 71-ci dəqiqədə qələbə qolunun müəllifi olub.

Məğlubiyyətə baxmayaraq, “Qalatasaray” lider mövqeyini qoruyub. 99 xala sahib komanda “Fənərbaxça”nı 3 xal qabaqlayır.

“Qalatasaray” 2023/2024 mövsümündə öz meydanında ilk dəfə xal itirib. Keçirdiyi 18 oyunu qələbə ilə başa vuran “sarı-qırmızılar”ın seriyası əzəli rəqibləri ilə görüşdə başa çatıb.

Qeyd edək ki, “Qalatasaray” son turda “Konyaspor”un qonağı olacaq, “Fənərbaxça” öz meydanında “İstanbulspor”la üz-üzə gələcək.

Türkiyə Superliqası
37-ci tur

“Qalatasaray” – “Fənərbaxça” – 0:1

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
idman.biz

1Mənbələr