AZ

"Fənərbağça" səfərdə əzəli rəqibini məğlub etdi

Türkiyə Superliqasında XXXVII tura yekun vurulub.

Axar.az xəbər verir ki, turun mərkəzi oyununda lider "Qalatasaray" doğma meydanda "Fənərbağça"nı qəbul edib. Görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 71-ci dəqiqədə Çağlar Söyüncü vurub.

"Fənərbağça" 21-ci dəqiqədə meydanda azlıqda qalıb. Aleksandr Ciku ikinci sarı vərəqə ilə meydandan qovulub.

İkinci pillədə yer alan "Fənərbağça" bu qələbə ilə xallarını 96-ya çatdırıb. 99 xalı olan "Qalatasaray" isə ilk sırada qərarlaşıb.

Qeyd edək ki, Superliqada çempionluğunu taleyinə son turda aydınlıq gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
8
axar.az

9Mənbələr