AZ

İstanbul derbisinin qalibi "Fənərbağça" oldu

İstanbulda baş tutan "Qalatasaray" "Fənərbağça" görüşünün qalibi "sarı-lacivərdlər" olublar.
 
Moderator.az xəbər verir ki, böyük maraqla gözlənilən derbinin 71-ci dəqiqəsində meydana çıxan Çağlar Söyüncü görüşün yekun nəticəsini müəyyənləşdirib - 1:0.
 
Qeyd edək ki, minimal hesabla qalib gələn "Fənərbağça" (96 xal) "Qalatasaray"la (99 xal) xal fərqini üçə endirib.
 
Super Liqanın qalibinin adına isə son turda aydınlıq gətiriləcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
moderator.az

1Mənbələr