AZ

Aydın Süleymanlı erməni rəqibini məğlub edib

BƏƏ-də Şarjah Masters şahmat turnirində 6-cı turun görüşləri keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçıları günü uğurlu başa vurublar.

Teymur Rəcəbov və Aydın Suleymanlı turu qələbə ilə başa vurub. Əvvəlki 5 partiyanı heç-heçə başa vuran Teymur ilk uğuruna imza atıb. Aydın isə erməni həmkarını məğlub edib.

Bu nəticələrdən sonra Süleymanlı 4 xalla 13-cü pillədə qərarlaşıb. O, liderlərdən 1xal geri qalır. Hesabında 3,5 xal olan Məhəmməd 15-ci, Teymur isə isə 30-cu yeri tutur. Eltac 3 xal 38-cidir.

Qeyd edək ki, Şarjah Mastersdə 88 şahmatçı İsveçrə sistemi üzrə mübarizə aparır.

Şarjah Masters, VI tur
Aydın Suleymanlı – Haik Martirosyan (Ermənistan) – 1:0
Sarin Nihal (Hindistan) – Məhəmməd Muradlı – 0,5:0,5
Teymur Rəcəbov – Arseniy Nesterov (FİDE) – 1:0
Bibisara Assaubayeva (Qazaxıstan) – Eltac Səfərli – 0,5:0,5

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
3
idman.biz

10Mənbələr