AZ

Rimas Kurtinaytis: “Qələbənin açarı müdafiədədir”

“Bu gün komanda olaraq yaxşı mübarizə apardıq”.

İdman.biz xəbər verir ki, bunu “Sabah” basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis deyib.

Litvalı mütəxəssis final seriyasının 2-ci matçında “Xəzri” üzərində qazanılan qələbəni şərh edib: "Qələbə qazandığımıza görə şadam. Komandamızın oyununda sərtliyi bəyəndim. Heç kimi fərqləndirmək istəməzdim. Növbəti oyunlarda da aqressiv olmalıyıq. Fikrimiz tam olaraq oyunda olmalıdır. Ötən oyunda 22 top itirmişdik. Amma bu dəfə ilk periodu ümumiyyətlə səhvsiz başa vurduq. Qələbənin açarı müdafiədədir. Bəzi anlarda rəqibə 24 saniyə ərzində ümumiyyətlə atış imkanı vermədik".

Qeyd edək ki, “Sabah” "Xəzri"ni 94:63 hesabı ilə məğlub edərək seriyanı bərabərliyə nail olub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
5
idman.biz

6Mənbələr