AZ

Rəsmi Moskvadan İbrahim Rəisinin helikopter qəzası ilə bağlı AÇIQLAMA

Moskva İran prezidenti İbrahim Rəisini daşıyan və sonra itkin düşən helikopterin axtarışında bütün lazımi yardımı göstərməyə hazırdır.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz prezident Rəisi də daxil olmaqla, İranın yüksək səviyyəli nümayəndələrinin də olduğu üçüncü helikopterin sərnişinlərinin taleyi ilə bağlı ortaya çıxan məlumatları diqqətlə izləyirik. Ümid edirik ki, onlar sağdırlar, həyatları və sağlamlıqları təhlükədə deyil”, deyə o, qeyd edib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
bizim.media

1Mənbələr