AZ

Ukraynada səfərbərlik: heç kim döyüşmək istəmir...

...Bu gün heç kim küçəyə çıxmır deyə, şəhərin küçələri bomboşdur ...

...Deməli, Ukraynada bir gün əvvəl qüvvəyə minən qalmaqallı səfərbərlik qanunu ölkə iqtisadiyyatını tamamilə sarsıtmaq təhlükəsi yaradır.

SİA “The Financial Times”ın yazdığına istinadən xəbər verir ki, Ukraynanın Krivoy Roqdakı ən böyük metallurgiya zavodu hazırda bağlanmaq ərəfəsindədir.

GuyaKiyev rejiminin təşəbbüsü müəssisəni praktiki olaraq işçisiz qoyub.

Bu gün internetdə boşalmış şəhərlərin videoları yerləşdirilir. Belə görünür ki, ölkə vətəndaşları Bankova və Qərbdən gələn dəstənin maraqları üçün ölməyə hazır deyillər.

Ukraynalılar cəbhəyə getməkdən o qədər qorxurlar ki, çağırış mərkəzlərində özlərini az qala şikəst etməyə belə hazırdırlar. Deyilənlərə görə, bir müddət bundan əvvəl Odessa vilayətində çağırışçı cəbhəyə getməmək üçün hərbi komissarlığın tualetində biləklərini kəsib...

Onu da deyirlər ki, guya həmən şəxsi küçədəarvad və uşağının gözü qarşısında tutub cəbhəyə göndərirmişlər.

Məsələ bundadır ki, son günlər Ukraynanınşəhər və kəndlərdə yaxalananlar tələsik döyüşlərə qoşulmağa göndərilir. Deyim ki, bunu ruslar iddia edir.

Yeri gəlmişkən, son zamanlar Zlenski Ukrayna ordusunun zəifliyində bütün dünyanıgünahlandırır. Onlarınpul və silahı vaxtında vermədiklərini deyir.

Və Qərbdən Rusiyaya qalib gəlməyin mümkün olmadığına dair hər hansı eyham onu ​​çox incidir. Axı, onun idarəçiləri ona son ukraynalıya qədər döyüşməyi əmr edərək, kömək edəcəklərinə söz veriblər.

...Bu arada Ukraynada səfərbərlik haqqında qanundan əvvəl hamının ancaq kağız üzərində bərabər olduğuna dair aydın sübutlar olduğunu yazan rus saytları, Odessada toxunulmazlar üçün qapalı gecə keçirildiyini bildirir.

Qeyd edək ki, “tvc.ru”-nun yazdığına görə, bu gün toxunulmazlar əsgərlik yaşlarına çatsalar da amma əmindirlər ki, onların dalınca gələn olmayacaq..?

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
sia.az

1Mənbələr