AZ

İranda qəzaya uğrayan helikopterin axtarışında “Akıncı” PUA-ları iştirak edir - Türkiyə Milli Müdafiə Nazirliyi

Bakı. Trend:

İranda qəzaya uğrayan helikopterin axtarış-xilasetmə işlərinə“Akıncı” tipli PUA və gecəgörmə qabiliyyətinə malik “Cougar” tiplihelikopter cəlb edilib

Trend-inməlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi öz "X"səhifəsində bildirib.

Nazirlikdən bildirilib ki, İran hakimiyyətinin Türkiyə Xariciİşlər Nazirliyi vasitəsilə etdiyi müraciət əsasında İranprezidentinin və onun nümayəndə heyətinin qəzaya uğrayanhelikopterinin axtarış-xilasetmə işlərində iştirak etmək üçün“Akıncı” tipli PUA və gecəgörmə qabiliyyətinə malik “Cougar” tiplihelikopter cəlb edilib.

Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlərnaziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrənümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətininvalisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterinsərt eniş etdiyi bildirilir. Qəzadan sonra helikopterlə iki dəfəəlaqə saxlanılıb. Sonradan əlaqə kəsilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
4
az.trend.az

10Mənbələr