AZ

Türkiyə İrana hərbi helikopter və PUA göndərib

Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəza enişi etdiyi ərazidə aparılan axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə bu ölkəyə hərbi helikopter və pilotsuz uçuş aparatı (PUA) göndərilib.
 
Bu barədə Milli Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
 
Qeyd olunur ki, bununla bağlı İran tərəfi müraciət edib. Müraciətə əsasən İrana gecəgörmə cihazlarına malik “Cougar” tipli hərbi helikopterlə “Akıncı” tipli PUA göndərilib.
 
Xatırladaq ki, mayın 19-da İran Prezidentinin olduğu helikopter sərt eniş edib. Təyyarədə həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və ölkənin bir sıra digər rəsmiləri də olub. Prezidentin kortejində üç helikopter olub, onlardan ikisi nazirləri və məmurları daşıyaraq təyinat yerinə salamat çatıb.
 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
39
moderator.az

10Mənbələr