AZ

Nil çayının itən hissəsinin xəritəsi tərtib edildi

Tədqiqatçılar peyk radar şəkilləri və çöküntü analizindən istifadə edərək Nil çayının 40 mil uzunluğunda itmiş hissəsinin xəritəsini çəkiblər.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Qədim misirlilər daş və digər tikinti materiallarının daşınması üçün istifadə edilən, hazırda fəaliyyət göstərməyən çay hövzəsinin sahilləri boyunca Böyük Giza Piramidası da daxil olmaqla, təxminən 31 piramida tikiblər.

Əkin sahələrinin dərinliklərində basdırılmış və hava fotoşəkillərində görünməyən tapıntı arxeoloqlara tarlalarda və hazırda çay yatağının üzərini örtən səhra qumlarında gizlənmiş digər Misir məbədlərini və abidələrini aşkar etməyə kömək edə bilər.

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
15
unikal.az

10Mənbələr