AZ

Türkiyə helikopter qəzası ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ

Türkiyə İran prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğramasından sonra axtarış-xilasetmə işlərinə dəstək üçün hərəkətə keçib.

Doğru.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Axtarış-xilasetmə fəaliyyətlərinə hər cür dəstəyin göstərilməsi üçün tədbirlər görülür”, – deyə məlumatda qeyd olunub.

Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz dəstəyini bildirib.

“Türkiyə olaraq, helikopter qəzası ilə əlaqədar İrana lazımi dəstəyi verməyə hazırıq”, – deyə ölkə lideri özünün “X” hesabında yazıb.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
191
50
dogru.az

10Mənbələr