AZ

İran prezidentinin səlahiyyətlərini birinci vitse-prezident icra edəcək

İran

İranın birinci vitse-prezidenti Məhəmməd Möhbər seçkilərə qədər İran prezidenti vəzifəsini icra edəcək.

Reyting.az
-ın məlumatına görə, xarici KİV-lər yazır ki, İranın Ali Rəhbəri Ayətullah Xamenei buna razılıq verib.

Bildirilir ki, M. Möhbər İran Xüsusi Şurası tərəfindən təşkil olunacaq yeni prezident seçkilərinə qədər, yəni 50 gün ərzində prezidentin səlahiyyətlərini icra edəcək.

Xatırladaq ki, İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti dünən helikopter qəzasında həlak olublar.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
49
reyting.az

10Mənbələr