AZ

Suriya prezidenti Rəisinin vəfatı ilə bağlı başsağlığı verib

Suriya liderinin ofisininyaydığı məlumatda deyilir ki, Suriya prezidenti Bəşər Əsəd ölkə prezidenti İbrahim Rəisi və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın təyyarə qəzasında həlak olması ilə əlaqədar İranın Ali Rəhbərinə başsağlığı verib.

“Prezident Bəşər Əsəd İran İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah İmam Əli Xameneiyə, o cümlədən dost İran hökumətinə və İran xalqına şəxsən və Suriya ərəb xalqı adından dərin hüznlə başsağlığı verib”, - deyə məlumatda bildirilir.

Həmçinin, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Vanq Yi Rəisinin vəfatından dərin kədərləndiyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
33
aznews.az

10Mənbələr