AZ

Putin: "İbrahim Rəisi görkəmli siyasətçi olub"

Rusiya lideri Vladimir Putin prezident İbrahim Rəisinin vəfatı ilə bağlı İranın Ali Rəhbərinə başsağlığı verib.

Bizim.Media xəbər verir ki, bu barədə rus mətbuatı yazıb.

Başsağlığında deyilir ki, Seyid İbrahim Rəisi bütün ömrünü Vətənə xidmətə həsr etmiş görkəmli siyasətçi olub:

"O, haqlı olaraq həmvətənləri tərəfindən yüksək hörmətə və xaricdə mühüm nüfuza malik idi. Rusiyanın əsl dostu kimi ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişafına əvəzsiz şəxsi töhfələr verib".
Vladimir Putin İran xalqına belə ağır, əvəzedilməz itki qarşısında mənəvi möhkəmlik arzulayıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
bizim.media

1Mənbələr