AZ

Rəisinin düşdüyü qəzanın detalları məlum olub

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter 2500 metr hündürlükdə əlçatmaz yerlərdə zədələnib. Bütün sərnişinlər təbii fəlakətdən sonra ilk dəqiqələrdə həlak olublar.

Bu barədə Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd bəyan edib.

Onun sözlərinə görə, müxtəlif qurumların iştirakı ilə mürəkkəb və çətin əməliyyat həyata keçirilib.

“Hava şəraiti çox pis olduğundan əməliyyat ləngiyib. Səhər saat 5-də helikopter 2 kilometr məsafədən görünüb, ona çatmaq üçün təxminən bir saat vaxt sərf olunub”, deyə o bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
buta.media

1Mənbələr