AZ

FHN Mingəçevirdə əməliyyat görüntüləri yayıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Mingəçevir şəhəri, Həzi Aslanov küçəsində yerləşən mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal  FHN-in  Aran Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə alpinist ləvazimatlarından istifadə etməklə pəncərədən daxil olaraq 1933-cü il təvəllüdlü Ş.Baxşəliyevanı xilas edərək ailə üzvlərinə təhvil veriblər.

 

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
14
visiontv.az

9Mənbələr