AZ

Xameneinin varisi kim olacaq?

İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra İranın Əli Xaməneidən sonrakı rəhbərinin kim olacağı barədə mövzu aktuallaşıb.

Bu barədə “Politiko” qəzeti məlumat yayıb.

Deyilir ki, İranın lideri Əli Xameneinin oğlu atasının əsas mümkün varisi edir.

Məlumata görə, Rəisinin ölkə rəhbərliyinə sədaqəti son illərdə onun İran dini liderini əvəz edə biləcəyi ilə bağlı iddialara səbəb olmuşdu.

“İndi Rəisinin ölümü ilə ölkədə və xaricdə Xameneinin vəzifəsinə əsas namizədin oğlu Müctəba Xamənei olacağına daha çox əminlik var”, - “Politiko” yazıb.

Qeyd edəki ki, Müctəba Xamənei SEPAH və hakimiyyətin radikal mühafizəkar qanadı arasında nüfuza malikdir.

Onun və başçılıq etdiyi qrupun ölkənin bir sıra əhəmiyyətli iqtisadi müəssisələrinə nəzarət etdiyi, geniş maliyyə şəbəkəsinə malik olduğu bildirilir.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
visiontv.az

1Mənbələr