AZ

Bu ölkələrdə matəm elan edildi - Yenilənib

İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə əlaqədar Pakistanda matəm günü elan olunub.

“Qafqazinfo” “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Pakistanın Baş naziri Şahbaz Şərif açıqlayıb.

Bildirilir ki, İbrahim Rəisi və onunla birlikdə həlak olan şəxslərin xatirəsinə ehtiram əlaməti olaraq ölkədə bayraqlar yarıya endiriləcək. 

***

“SANA” agentliyinin məlumatına görə, Suriyada da üçgünlük matəm elan edilib. 

Bildirilir ki, bu dövr ərzində Suriyanın bütün ərazisində, eləcə də ölkənin xaricdəki səfirlik və diplomatik nümayəndəliklərində bayraqlar endiriləcək.

***

Hindistan Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə İrandakı helikopter qəzası ilə bağlı matəm elan olunub.

Bununla yanaşı, İraq və Livanda da matəm elan edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
50
qafqazinfo.az

10Mənbələr